Nəsimi Rayon İcra Hakimiyyətindən AÇIQLAMA: “Söküntü işlərinin aparılmasından məlumatımız yoxdur”backend

Nəsimi Rayon İcra Hakimiyyətindən AÇIQLAMA: “Söküntü işlərinin aparılmasından məlumatımız yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Papanin” kimi tanınan məşhur Cəlil Məmmədquluzadə küçəsində söküntü işlərinin aparılacağı ilə bağlı məlumata Nəsimi Rayon İcra Hakimiyyəti münasibət bildirib.

NOCOMMENT.az istinadən xəbər verir ki, icra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhərinin inkişafı istiqamətində görülən abadlıq-quruculuq işlərinin genişləndirilməsi məqsədilə Nəsimi rayonunun müvafiq əraziləri üzrə müfəssəl məlumatların toplanması istiqamətində işlər aparılır:

“Həmin ərazilərdə söküntü işlərinin aparılıb-aparılmaması ilə bağlı heç bir məlumatımız yoxdur”.

 

16:04

Bakının Nəsimi rayonunda böyük söküntü başlayır. Söhbət “Papanin” kimi tanınan məşhur Cəlil Məmmədquluzadə küçəsindəki həyət evlərindən gedir.

NOCOMMENT.az Oxu.az-a istinadən xəbər verir ki, artıq siyahıya alınma prosesinə başlanılıb.

Aparılacaq söküntü ilə bağlı hər m²-ə görə əhaliyə veriləcək kompensasiyanın məbləği 2 700 manat müəyyən edilib.

İllərdir gözlənilən söküntüyə artıq bu ilin payızında başlanacağı bildirilir.