Nəsimi rayonunda piyada və avtomobillərin YOL PROBLEMİ – VİDEObackend

Nəsimi rayonunda piyada və avtomobillərin YOL PROBLEMİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Piyadalar üçün yolun bir hissəsi tikililər tərəfindən zəbt olunub, bir hissəsində isə maşınlar saxlanılır… Bu azmış kimi, piyada keçidi üçün nişanlar olsa da, yola xətlər çəkilməyib…

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət paytaxtın Nəsimi rayonu İmran Qasımov və Süleyman Rüstəm küçələrindən gedir.

Sakinlər deyirlər ki, ərazidə bu problem xeyli vaxtdır davam edir.

Sürücülər isə deyirlər ki, küçənin müxtəlif istiqamətlərinə piyadalar üçün nişanlar qoyulsa da, yerdə xətlərin çəkilməməsi onlar üçün problem yaradır.

Sakinlərin sözlərinə görə, zolaqlar çəkilsə, həm də ərazidəki qarmaqarışıq vəziyyət aradan qalxmış olar.

Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.