Nəşriyyatlar can verir, qəzetlər də ölübbackend

Nəşriyyatlar can verir, qəzetlər də ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kağızın əlavə dəyər vergisinin götürülməsi ilə bağlı qanun qəbul edildi. Yanvar ayında bu rəsmiləşdirilsə də, Nazirlər Kabineti addım atmayıb”.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bugun keçirilən plenar iclasında deputat Aqil Abbas deyib.

“Nəşriyyatlar can verir, qəzetlər isə can verməkdən də o tərəfə, yoxdur, ölüb. Allaha şükür, qəzet də oxuyan yoxdur, kitab da oxuyan yoxdur. Biz ən az kitab oxuyan ölkəyik. Təkcə saytla 44 günlük Zəfərin təbliğatı effektli olmayacaq”, – deyə deputat çıxışında bildirib.

Spiker Sahibə Qafarova deputatın fikri ilə razılaşmadığını söyləyib: “Aqil müəllim, hansı statistikada var ki, Azərbaycan ən az kitab oxuyan ölkədir? Mənə elə gəlir ki, bu belə deyil. Kitab oxuyan hər yerdə oxuyur”.