Nestle və Mars şirkətləri məhkəməyə verildibackend

Nestle və Mars şirkətləri məhkəməyə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın hüquq müdafiəsi təşkilatı – “International Rights Advocates” (IRA) 8 Mali vətəndaşının adından insan alveri və uşaq əməyinin istismarı ittihamları ilə bağlı bir neçə şirkətə qarşı məhkəmə iddiası qaldırıb.

NOCOMMENT.az Report-a istinadən verdiyi məlumata görə, bunların arasında “Nestle” və “Mars” şirkətləri də var.

IRA-nın bəyanatında deyilir ki, Mali vətəndaşları uşaq ikən qanunsuz olaraq Kot Divuara gətirilib və həmin şirkətlər üçün kakao yığmağa məcbur edilib.

Təşkilatın rəhbəri Terri Kollinsvort bildirib ki, təqsirləndirilən şirkətlər bundan əvvəl də uşaq əməyindən istifadə etməkdə günahlandırılıblar.