İsrailin baş naziri Benyamin Netanyahu İranın nüvə proqramını 10 il ərzində yavaşlatan əməliyyatlara nəzarət edib.
NOCOMMENT.az xəbər verir ki, RİA Novosti bu barədə İsrail baş nazirinin ofisinə istinadən məlumat yayıb.
“Baş nazir Benyamin Netanyahu on ildən artıqdır ki, İranın nüvə proqramına qarşı qlobal kampaniyaya rəhbərlik edir. O, Tehranın nüvə ambisiyalarının qarşısını almağa yönəlmiş çoxsaylı açıq və gizli əməliyyatların arxasında dayanıb. Məhz bu hərəkətlər sayəsində İran hələ də nüvə arsenalına malik deyil”, – bəyanatda deyilir.
Netanyahunun ofisi vurğulayıb ki, İsrail İrana nüvə silahı yaratmağa icazə verməyəcək.