Netanyahu açıqladı: Rəfahda əməliyyat olacaq!backend

Netanyahu açıqladı: Rəfahda əməliyyat olacaq!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail atəşkəs və girovların azad edilməsi ilə bağlı razılığın əldə edilib-edilməməsindən asılı olmayaraq Qəzza zolağının cənubundakı Rəfah şəhərində Fələstinin Həmas hərəkatına qarşı əməliyyata başlayacaq.

NOCOMMENT.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

“Bütün məqsədlərə çatana qədər müharibənin dayandırılmasından söhbət gedə bilməz”, – deyə Netanyahu vurğulayıb.