Netanyahu Baydenlə fikir ayrılıqlarını həll etməyə ümid edirbackend

Netanyahu Baydenlə fikir ayrılıqlarını həll etməyə ümid edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağının cənubundakı Rəfahda genişmiqyaslı əməliyyat başlanacağı təqdirdə Vaşinqtonun İsrailə silah tədarükünü dayandıracağına dair açıq xəbərdarlığından sonra ABŞ prezidenti Co Baydenlə bütün fikir ayrılıqlarını həll etməyə ümid edir.

NOCOMMENT.az xəbər verir ki, o, bu barədə Amerikanın “Merit Street Media” telekanalına müsahibəsində bildirib.

“Mən Co Baydeni uzun illərdir, 40 və ya daha çox ildir ki, tanıyıram. Ümid edirəm ki, indi onların öhdəsindən gələcəyik”, – deyə baş nazir qeyd edib.

O, yəhudi dövlətinin özünü qorumaq üçün əlindən gələni etmək niyyətində olduğunu vurğulayıb.