İsrail Colan təpələrinə nəzarəti əbədi olaraq əlində saxlamaq niyyətindədir.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu xalqa müraciəti zamanı deyib.
“Colan təpələri üzərində nəzarətimiz və hakimiyyətimiz təhlükəsizliyimizi təmin edir. Colan təpələri həmişə İsrailin bir hissəsi olacaq”, – Netanyahu vurğulayıb.
Qeyd edək ki, Baş nazirin müraciəti onun “X” hesabında canlı yayımlanıb.