İsrailin Baş naziri Binyamin Netanyahu girovların azad edilməsi üzrə danışıqlarda iştirak edən qrupu məsləhətləşmələrin İsraildə davam etdirilməsi üçün Qətərdən geri çağırıb.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “The Times of Israel” hökumət başçısının mətbuat xidmətinin bəyanatına istinadən bildirir.
“Biz Qətər və Misirdən olan vasitəçilərin, eləcə də ABŞ-nin xüsusi nümayəndəsi Stiv Vitkoffun danışıqlarda irəliləyişə nail olmaq üçün göstərdikləri səyləri qiymətləndiririk”, – bəyanatda qeyd olunub.
Nəşr bildirib ki, bu qərar HƏMAS-ın atəşkəs və girovların azad edilməsi ilə bağlı son təklifə cavab verməsindən sonra qəbul edilib.