Netanyahu: Ərdoğanla dostcasına söhbət etdikbackend

Netanyahu: Ərdoğanla dostcasına söhbət etdik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin noyabr ayında İsraildə keçirilən növbədənkənar seçkilərdə qalib gəlmiş və yeni hökumət qurmaq səlahiyyətləri əldə etmiş Benyamin Netanyahu amerikalı jurnalist Beri Veysə müsahibəsində Türkiyə ilə əlaqələrdən danışıb.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, Netanyahu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlardan razı qaldığını deyib: “Noyabrın 17-də Türkiyə lideri ilə danışıqlarım oldu. Münasibətlərimiz yaxşılaşıb. Aramızda dostcasına dialoq oldu və mən bundan çox məmnunam. Düşünürəm ki, bu, çox mühümdür”.

Netanyahu əlavə edib ki, Ərdoğanla aralarında bəzi fikir ayrılıqları olsa da, rəsmi Ankara və Təl Əviv milli maraqları çərçivəsində hərəkət edir və münasibətlərdə tarazlıq yaratmağa çalışır.