Netanyahu “etiraz” qorxusundan konfransa qatılmadıbackend

Netanyahu “etiraz” qorxusundan konfransa qatılmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsraildə həftələrdir on minlərlə insanın iştirak etdiyi Netanyahu hökumətinin mübahisəli məhkəmə tənzimləməsinə qarşı etirazlar davam edir.

NOCOMMENT.az xəbər verir ki, dünən İsrail mətbuatında çıxan xəbərlərdə Netanyahunun “etiraz” qorxusu ilə Təl-Əvivdə keçirilən konfransa qatılmadığı bildrilib.

Təl-Əviv, Qərbi Qüds, Hayfa, Netanya, Birüssebi və Rehovot kimi şəhərlərdə keçirilən nümayişlərə on minlərlə israilli qatılıb.

Otuz mindən çox etirazçı hər həftə olduğu kimi ən böyük nümayişə ev sahibliyi edən Təl-Əvivdə etiraz aksiyası keçirib.

“Haaretz” qəzetinin xəbərinə görə, nümayişçilərin etirazından qorxan Netanyahu, İsrailin Müstəqillik Günü səbəbiylə 23-26 aprel tarixlərində təşkil edilən konfransa qatılmaqdan vaz keçib.

NOCOMMENT.AZ