İsrail HƏMAS-ı Qəzzada altı girovu öldürdüyünə görə çox böyük bədəl ödəməyə məcbur edəcək.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu keçirdiyi mətbuat konfransında bildirib.
“İsrail bununla barışmayacaq və bu qətli unutmayacaq. HƏMAS buna görə çox böyük bədəl ödəyəcək”, – Baş nazir vurğulayıb.