Netanyahu HƏMAS lideri Sinvarın ələ keçirilməsini “zaman məsələsi”adlandırıbbackend

Netanyahu HƏMAS lideri Sinvarın ələ keçirilməsini “zaman məsələsi”adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS lideri Yəhya Sinvarın tutulmasını “zaman məsələsi” adlandırıb. Onun sözlərini Ynet News sitat gətirir.

Netanyahunun sözlərinə görə, İsrail ordusu hazırda Sinvarın Xan Yunisdəki evini mühasirəyə alıb, lakin onun Qəzza zolağında tunellərdə gizləndiyi güman edilir.

“Biz istənilən yerə çata bilərik, bu zaman məsələsidir”, – deyə İsrail hökumətinin başçısı vurğulayıb.

Bundan əvvəl HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumu planının müəllifləri kimi Yəhya Sinvar və hərəkatın hərbi qanadının, “Əl-Qəssam Briqadaları”nın rəhbəri Məhəmməd əl-Deif adları çəkilmişdi.