Netanyahu İsrail ordusunun Qəzza zolağındakı uğurlarından danışıbbackend

Netanyahu İsrail ordusunun Qəzza zolağındakı uğurlarından danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrail əsgərləri Qəzza zolağında əməliyyatlar zamanı boyük irəliləyişlər əldə edir. Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, hərbçilər artıq Fələstin anklavında ən böyüyü olan Qəzza şəhərinin kənarını keçiblər. Baş nazir İsrail Ordusunun uğurlarını təsirli adlandırıb.

“Bizi heç nə dayandıra bilməz”, – deyə Netanyahu yekunlaşdırıb.

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi daha əvvəl bəyan etmişdi ki, İsrail hərbçiləri Qəzzaya daxil olaraq onu müxtəlif tərəfdən mühasirəyə almağa başlayıblar.