Netanyahu İsrailin HƏMAS-la müharibəsinin üçüncü mərhələsinin başladığını elan etdibackend

Netanyahu İsrailin HƏMAS-la müharibəsinin üçüncü mərhələsinin başladığını elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu anklavda quru əməliyyatlarının genişləndirilməsini əhatə edən HƏMAS-a qarşı müharibənin üçüncü mərhələsinə keçib.

NOCOMMMENT.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu hökumətin iclasında deyib.

Siyasətçi İDF-nin əsas hədəfini açıqlayıb. “Biz müharibənin ortasındayıq. Qarşımıza aydın məqsəd qoymuşuq: HƏMAS-ın hərbi və inzibati potensialını məhv etmək. Biz bunu sistemli şəkildə edirik”, – Netanyahu bildirib.

İsrailin baş naziri deyib ki, müharibənin birinci mərhələsi Qəzza zolağının bloklanması, ikinci mərhələsinə isə hava hücumları daxildir. Üçüncü mərhələdə hərbçilərin hərəkətlərinə girovları HƏMAS əsirliyindən azad etmək səyləri daxildir.

Siyasətçi onu da qeyd edib ki, Livandan açılan atəşə görə İsrail əsgərləri şimal sərhədlərində yüksək döyüş hazırlığı vəziyyətindədirlər. / Qaynarinfo