Netanyahu İsrailin Qəzza məsələsində beynəlxalq təşkilatlara etibar etmədiyini bildiribbackend

Netanyahu İsrailin Qəzza məsələsində beynəlxalq təşkilatlara etibar etmədiyini bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail hakimiyyəti Fələstinin Həmas qruplaşması ilə müharibə bitdikdən sonra da Qəzza zolağına nəzarəti davam etdirəcək. Bu barədə İsrailin Yediot Ahronot nəşrinin Telegram kanalında məlumat verilib.

Nəşr Netanyahudan sitat gətirir: “Hətta müharibədən sonra da İsrail Qəzzanı idarə etməyə davam edəcək – biz heç bir beynəlxalq təşkilata etibar etmirik”.

Noyabrın 7-də İsrailin baş naziri bildirib ki, İsrail Qəzza zolağında hərbi əməliyyatını başa vurduqdan sonra qeyri-müəyyən müddətə anklavda təhlükəsizliyi təmin edəcək.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.