Netanyahu İsrailin Rəfaha zərbə endirməsini “faciəli hadisə” adlandırıbbackend

Netanyahu İsrailin Rəfaha zərbə endirməsini “faciəli hadisə” adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin baş naziri Benyamin Netanyahu İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərinə endirdiyi və dinc sakinlərin ölümü ilə nəticələnən hava hücumunu “faciəli hadisə” adlandırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Siyasətçi bildirib ki, HƏMAS-a təzyiq etmək lazımdır və bunu İsrail edir.

“Rəfahda müharibədə iştirak etməyən bir milyon sakini təxliyə etdik və bütün səylərə baxmayaraq, dünən faciəli hadisə baş verdi. Biz halları araşdırıb nəticə çıxarırıq. Bizim üçün döyüşlərdə iştirak etməyən hər qurban faciədir, HƏMAS üçün bu, strategiyadır”, – deyə siyasətçi bildirib.

Mayın 26-da Fələstin Qızıl Aypara Cəmiyyəti İsrail Hərbi Hava Qüvvələrinin (IAF) Rafahın şimal-qərbindəki köçkünlər düşərgəsinə endirdiyi zərbədən sonra çoxlu itki və yaralıların olduğunu bildirib.