Netanyahu Livandakı sülhməramlılara dəyən zərərdən təəssüfləndiyini bildiribbackend

Netanyahu Livandakı sülhməramlılara dəyən zərərdən təəssüfləndiyini bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin baş naziri Benyamin Netanyahu italiyalı həmkarı Giorgia Meloni ilə telefon danışığında Livan-İsrail sərhədində BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) sülhməramlılarına vurduğu “hər hansı bir zərərdən” təəssüfləndiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Netanyahu “X” sosial şəbəkəsində yazıb.

“UNIFIL (BMT-nin Livandakı Müvəqqəti Qüvvələri) personalına dəyən hər hansı zərərə görə təəssüfləndiyimizi ifadə edirik”, – Netanyahu bildirib.

Söhbət İsrail hərbçilərinin Livandakı BMT sülhməramlı korpusunu atəşə tutmasından, nəticədə iki italyan əsgərinin yaralanmasından gedir.