İsrailin baş naziri Benyamin Netanyahu Amerika dövlət başçısının enerji və investisiyalar üzrə köməkçisinin müavini və baş müşaviri Amos Hawksteen ilə görüşdə Livanla sərhəddə təhlükəsizlik sahəsində “fundamental dəyişikliklərin” zəruriliyindən danışıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Netanyahunun sözlərinə görə, belə dəyişikliklər olmadan təxliyə edilmiş israilliləri ölkənin şimal bölgələrinə qaytarmaq mümkün olmayacaq.
Bundan əvvəl İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant bildirib ki, ölkəsi Livanla sərhəddə vəziyyəti sabitləşdirmək üçün Hizbullaha qarşı hərbi əməliyyatlara keçməlidir.