Netanyahu məhkəmə qarşısına çıxarılırbackend

Netanyahu məhkəmə qarşısına çıxarılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 24-də İsrailin baş naziri Binyamin Netanyahu haqqında 3 ayrı-ayrı korrupsiya iddia sənədi əsasında məhkəmə işi başlayır.

NOCOMMENT.az TRT Azərbaycana istinadən xəbər verir ki, İsraildə vəzifəsini icra müddətində mühakimə olunan ilk baş nazir kimi tarixə düşən Netanyahunun birinci məhkəməsi işğal edilmiş Şərqi Qüdsdəki İsrail Qüds Bölgə Məhkəməsində keçiriləcək.

Məhkəmədə iştirakdan imtina istəyi rədd edilən Netanyahu hakim qarşısına çıxarılacaq.

Martın 2-də erkən seçkilərdən sonra qurulan yeni koalisiya hökumətinin başına keçən B.Netanyahunun məhkəməsinin uzun sürəcəyi bildirilir.

Qeyd edək ki, Binyamin Netanyahuya qarşı məhkəmə 2019-cu ilin 21 noyabrında İsrailin baş prokuroru Aviçay Mandelblitin (Avichai Mandelblit) əldə etdiyi üç ayrı-ayrı korrupsiya sənədinə əsasən qaldırılan ittiham əsasında təşkil edilib.