Netanyahu: Müdafiə naziri vəzifəsinə davam edəcəkbackend

Netanyahu: Müdafiə naziri vəzifəsinə davam edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin baş naziri Benyamin Netanyahu müdafiə naziri Yoav Qallantın vəzifəsində qalacağına söz verib.

NOCOMMENT.az xəbər verir ki, Netanyahu bu axşam keçirilən mətbuat konfransında bu barədə açıqlama verib.

Müdafiə naziri Yoav Qallantın vəzifəsində qalacağını bildirən Netanyahu, “24 saat birlikdə qalırıq, irlikdə işləyirik. Qallant vəzifəsində qalacaq və İsrail vətəndaşlarının müdafiəsi üçün çalışmalarına davam edəcək” deyə açıqlama verib.

Müdafiə naziri Yoav Qallant Netanyahunun bəyanatından sonra “Twitter” hesabından “İsrailin təhlükəsizliyi üçün bütün gücümüzlə birlikdə yolumuza davam edirik.”

Qeyd edək ki, Martın 26-da baş nazir Netanyahunun müdafiə naziri Yoav Qallantı istefaya göndərmək istəməsi ilə İsraildə etiraz dalğaları alovlandı.

NOCOMMENT.AZ