İsrailin Baş Naziri Benyamin Netanyahu bildirib ki, o, Qəzza şəhərinin ələ keçirilməsi əməliyyat planını təsdiqləmək üçün Qəzza zolağına səfər edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İsrail Baş Nazirliyinin saytında məlumat verilir.
Netanyahu qeyd edib: “Biz qərar qəbul etmə mərhələsindəyik. Bu gün Qəzza zolağına gəldim ki, Müdafiə Nazirliyinə və mənə təqdim olunan İsrail Müdafiə Qüvvələrinin Qəzza şəhərini ələ keçirmə və HƏMAS-ı məhv etmə planlarını təsdiqləyim”.
Baş Nazir əlavə edib ki, o, həmçinin girovların azad edilməsi və konflikti dayandırmaq üçün dərhal danışıqlar aparılmasını tapşırıb. Onun sözlərinə görə, məqsəd İsrail üçün qəbul edilə bilən şərtlərlə əldə edilməlidir.