Netanyahu: Qəzza sakinləri şəhəri tərk etməlidirbackend

Netanyahu: Qəzza sakinləri şəhəri tərk etməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Baş naziri Benyamin Netanyahu Hava Qüvvələrinin qərargah bunkerində çıxışı zamanı Qəzza sektorunda genişmiqyaslı quru əməliyyatını elan edib və yerli əhalini şəhəri tərk etməyə çağırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb.

Netanyahunun sözlərinə görə, son günlərdə İsrail qüvvələri Qəzzada HƏMAS hərəkatı tərəfindən istifadə edilən 50 çoxmərtəbəli binanı dağıdıb. Lakin baş nazir qeyd edib ki, bu, İsrail Müdafiə Ordusunun Qəzza sektoruna daxil olan genişmiqyaslı quru manevrinin yalnız “giriş mərhələsidir”.

“Qəzza sakinlərinə deyirəm: Mənə diqqətlə qulaq asın, sizə xəbərdarlıq edilib, ora tərk edin!” – deyə Netanyahu bildirib.