Netanyahu Qəzza zolağında hərbi əməliyyatların davam etdirilməsini elan edibbackend

Netanyahu Qəzza zolağında hərbi əməliyyatların davam etdirilməsini elan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, İsrail Fələstinin HƏMAS radikal hərəkatını məhv etmək üçün girovların azad edilməsindən sonra Qəzza zolağında döyüşləri davam etdirməyə hazırlaşır. Bunu İsrailin baş naziri Benyamin Netanyahu Almaniyanın Welt telekanalına müsahibəsində deyib.

“Biz razılaşdıq ki, ilk növbədə qadın və uşaqlar, eləcə də əcnəbi girovlar azad edilsin. Bu baş verəndən sonra biz hərbi əməliyyatları davam etdirəcəyik”, – deyə baş nazir bildirib.

Onun sözlərinə görə, İsrailin HƏMAS-ı məhv etməkdən başqa heç bir yolu yoxdur.

Noyabrın 28-də Fələstinin HƏMAS radikal hərəkatı Qəzza zolağında humanitar atəşkəsin yaxın gələcəkdə daha iki gün uzadılmasının mümkünlüyünü açıqlayıb.