Netanyahu Qəzza zolağının cənubundan əhalinin təxliyəsi planını təqdim etməyi əmr edibbackend

Netanyahu Qəzza zolağının cənubundan əhalinin təxliyəsi planını təqdim etməyi əmr edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin baş naziri Benyamin Netanyahu orduya və Müdafiə Nazirliyinə Qəzza zolağının cənubundakı Rəfah şəhərindən mülki əhalinin təxliyəsi planını təqdim etməyi tapşırıb. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə baş nazirin ofisi məlumat yayıb.

“Rəfahdakı genişmiqyaslı əməliyyat mülki şəxslərin döyüş bölgəsindən təxliyyəsini tələb edir”, – bəyanatda deyilir.

Qeyd olunur ki, baş nazir İD və müdafiə strukturlarına əhalinin təxliyəsi və anklavın cənubunda HƏMAS-ın dörd batalyonunun ləğvi ilə bağlı ikili planı Nazirlər Kabinetinə təqdim etməyi tapşırıb.

Bundan əvvəl Netanyahu bildirmişdi ki, ölkə Fələstinin radikal HƏMAS hərəkatının Qəzza zolağında üç mərhələli atəşkəs planında nəzərdə tutulan tələblərini yerinə yetirməkdən imtina edir. Onun sözlərinə görə, İsrailin qələbəsi “bir-birinin ardıncadır”. Eyni zamanda, siyasətçi HƏMAS -in irəli sürdüyü müvəqqəti atəşkəs şərtlərini “sərsəm tələblər” adlandırıb.