Netanyahu: Qəzzada əməliyyatlar məqsədimizə çatanadək davam edəcəkbackend

Netanyahu: Qəzzada əməliyyatlar məqsədimizə çatanadək davam edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Qüds bütün təyin olunmuş müharibə məqsədlərinə nail olunana qədər Qəzza zolağında hərbi əməliyyatları davam etdirəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Onun sözlərinə görə, İsrailin hərbi təzyiqləri işləyir, İDF Qəzza zolağında təsəvvür etmək mümkün olmayan ərazilərə çatıb.

O vurğulayıb ki, Qüdsü bundan çəkindirənlər “İsrailin müharibəni uduzmasına səbəb olurlar”.

Baş nazir əlavə edib ki, Yaxın Şərq münaqişəsinin istənilən həlli yalnız ilkin şərt olmadan tərəflər arasında birbaşa danışıqlar yolu ilə mümkündür.