Netanyahu və Qalantın həbsi ilə bağlı qərar təxirə salınıbbackend

Netanyahu və Qalantın həbsi ilə bağlı qərar təxirə salınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Cinayət Məhkəməsi (ICC) İsrailin baş naziri Benyamin Netanyahu və yəhudi dövlət müdafiə naziri Yoav Qalantın hərbi cinayətlər törətməkdə ittiham olunaraq həbsinə orderlərin verilməsini təxirə salıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti məlumat yayıb.

İddialara görə, bu addım Böyük Britaniyanın sözügedən məsələ ilə bağlı BCM-nin yurisdiksiyasına qarşı “amicus curiae” (“məhkəmə dostu”) ərizəsi təqdim etdikdən sonra atılıb.

Nəticədə, məhkəmə Londonun prosesə müdaxilə etmək tələbini təmin etməklə yanaşı, iyulun 12-dək digər ölkələrə də bu iş üzrə öz mövqeyini bildirmək hüququ verib.