Netanyahu və Qallant işdən çıxarılma qərarı təxirə salındıqdan sonra ilk dəfə birlikdə görüntüləndibackend

Netanyahu və Qallant işdən çıxarılma qərarı təxirə salındıqdan sonra ilk dəfə birlikdə görüntüləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin baş naziri Benyamin Netanyahunun müdafiə naziri Yoav Gallantı istefaya göndərmək qərarını təxirə salmasından sonra ikisi ilk dəfə birlikdə çıxış ediblər.

NOCOMMENT.az xəbər verir ki, Qallant və Netanyahu bazar günü Pasxa bayramından əvvəl keçirilən mərasimdə iştirak etmək üçün dünən Mitkan Man hərbi bazasında görüşüblər.

İsrail Müdafiə Qüvvələri və təhlükəsizlik qüvvələri olmadan İsrail dövlətinin mövcud ola bilməyəcəyini bildirən Netanyahu çıxışında qeyd edib: “İsrail dövlətinin sağ qalması üçün bir-birimizi qorumalı, bizi öldürmək istəyənlərə qarşı özümüzü müdafiə etmək qabiliyyətimizi saxlamalıyıq.”

Netanyahunun birlik və həmrəylik mesajına qoşulan Qallant açıqlamasında bu ifadələrdən istifadə edib:

“Düşmən gülləsi şəhərdən və ya kənddən, dağdan və ya dərədən gələnləri ayırd etmir. Döyüş meydanında hamımız eyniyik, ona görə də cəbhədə düşmənə qarşı birgə hərəkət etməliyik”.

NOCOMMENT.AZ