Netanyahu və Qallant köçkünlərin öldürüldüyü əraziyə baş çəkdibackend

Netanyahu və Qallant köçkünlərin öldürüldüyü əraziyə baş çəkdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri Yoav Gallant 2 yəhudi köçkünün öldürüldüyü əraziyə gedərək hücumun səbəbkarlarını tapacaqlarına söz verib.

NOCOMMENT.az xəbər verir ki, Netanyahu və Qallant şğal altındakı İordan çayının qərb sahilində hücumun həyata keçirildiyi İordan Vadisi bölgəsində jurnalistlərə açıqlamalar verib

İsrailin baş naziri bildirib ki, hücumu törədənlərin tutulmasının an məsələsi olduğunu və bunun çox uzun çəkməyəcəyini bildirib.

Netanyahu Livan və Qəzzadan edilən raket hücumları haqqında da açıqlama verib.

O, bu hücumlara cavab olaraq təhlükəsizlik kabinetinin bir sıra hərbi əməliyyatlara icazə verdiyini və bu əməliyyatların dünənki hücumlarla bitmədiyini bildirib.

Qeyd edək ki, işğal altındakı İordan çayının qərb sahilinin İordan Vadisi bölgəsində yəhudi yaşayış məntəqəsi yaxınlığında baş verən silahlı hücum nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb.

NOCOMMENT.AZ