Netanyahu Yəməndə husiləri yeni zərbələrlə hədələyibbackend

Netanyahu Yəməndə husiləri yeni zərbələrlə hədələyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Yəməndəki husi üsyançılarının hədəflərinə hücumlarını davam etdirəcək.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Yəmən ərazisinə endirilən yeni zərbələr seriyasını şərh edərkən deyib.

O xatırladıb ki, bir neçə gün əvvəl İsrail Sənaya endirdiyi zərbələr nəticəsində Yəmənin şərqinə nəzarət edən husi hökumətinin üzvlərinin əksəriyyəti həlak olub. Buna cavab olaraq sentyabrın 8-də husilər İsrailin cənubundakı Eylat şəhəri yaxınlığındakı Ramon hava limanına pilotsuz uçan aparatla hücum ediblər və burada bir neçə nəfər yaralanıb.

“Bu gün biz onların obyektlərinə, çoxlu sayda terrorçunun olduğu bazalara, eləcə də digər hədəflərə yenidən hava zərbələri endirdik. Zərbələrimizi davam etdirəcəyik”, – Netanyahu bildirib.

Qeyd edək ki, sentyabrın 10-da İsrail Ordusu Yəmənə, o cümlədən paytaxtı Sənaya zərbələr endirib. Zərbələrin hədəfləri Husilərin hərbi düşərgələri, onların ordusunun mətbuat xidmətinin qərargahı və yanacaq anbarı adlandırılıb. Husilərin Səhiyyə Nazirliyinin məlumatına görə, hava zərbəsi nəticəsində 9 nəfər ölüb, 118 nəfər yaralanıb.