İsrailin baş naziri Binyamin Netanyahu müdafiə naziri İsrael Katz ilə birlikdə ölkənin müdafiə qüvvələrini (IDF) Yəməndəki strateji Husi hədəflərinə hücum etməyə çağırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə o, parlamentdə çıxışı zamanı bildirib.
“Son günlərdə biz Müdafiə naziri ilə birlikdə İDF-yə husilərin strateji obyektlərinə dəqiq zərbələr endirmək göstərişi vermişik. Husilərin istifadə etdiyi əhəmiyyətli terror aktivlərini məhv etdik. Bu, ilk və sonuncu hücum deyil”, – deyə İsrail hökumətinin başçısı bildirib.
Netanyahu vurğulayıb ki, İsrail “çox sadə bir prinsip qurub”. İsrail hökuməti başçısının sözlərinə görə, bu prinsip “dövlətə zərər verməyə cəhd edənin qarşılığında barışmaz qüvvə ilə zərər görəcək”dir.