Netanyahudan “mən sağlamam” mesajı: İdman zalından video paylaşdıbackend

Netanyahudan “mən sağlamam” mesajı: İdman zalından video paylaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Baş naziri Benyamin Netanyahu səhhəti ilə bağlı yayılan şayiələrə son qoymaq üçün sosial media hesabında idman zalından çəkilmiş görüntülərini paylaşıb. O, videoda fiziki hazırlığını nümayiş etdirərək aktiv şəkildə məşq etdiyini göstərib.

NOCOMMENT.az xəbər verir ki, bu addım son vaxtlar İsrail mətbuatında və ictimaiyyətində Baş nazirin səhhətinin pisləşməsi barədə müzakirələrin artması fonunda atılıb. Netanyahu paylaşımı ilə həm ölkə daxilinə, həm də xaricinə dövləti idarə etmək üçün tam gücə və sağlamlığa sahib olduğu mesajını ötürüb.

Qeyd edək ki, İsrail liderinin sağlamlıq vəziyyəti ölkədəki gərgin hərbi-siyasi vəziyyət və davam edən əməliyyatlar səbəbindən strateji əhəmiyyət kəsb edir. Paylaşılan video qısa müddətdə geniş rezonans doğurub.

Sara