Netanyahunun İordaniyaya sürpriz səfəribackend

Netanyahunun İordaniyaya sürpriz səfəri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin baş naziri Benyamin Netanyahu Əmmana və İordaniyaya qəfil səfər edərək Kralı II Abdullahla görüşüb.

NOCOMMENT.az xəbər verir ki, Netanyahunun İordaniya səfəri də onun vəzifəyə gəldikdən sonra ilk xaricə səfəri kimi qeydə alınıb.

İsrail Baş Nazirinin ofisindən verilən açıqlamaya görə, iki lider dörd ildən sonra baş tutan ilk görüşdə regional məsələləri, təhlükəsizlik və iqtisadi əməkdaşlığı müzakirə ediblər.

Açıqlamada Netanyahu və İordaniya Kralı II Abdullahın iki ölkə arasında davam edən dostluq və tərəfdaşlıq əlaqələrini vurğuladıqları bildirilib.

Qeyd edək ki, kritik səfər İsrail və İordaniya arasında gərginliyin artdığı bir vaxta təsadüf edib.