İran İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinə zərbə endirdiyini açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Bildirilir ki, hücum bu gün səhər saatlarında həyata keçirilib.
Məlumata görə, İran eyni zamanda İsrail Hərbi Hava Qüvvələrinin komandanının olduğu məkanı da hədəfə alıb. Netanyahunun taleyi ilə bağlı hələlik dəqiq məlumat yoxdur.
SEPAH əməliyyatın detalları barədə əlavə məlumatın daha sonra açıqlanacağını qeyd edib.
İsrail Müdafiə Nazirliyi isə İrandan İsrail istiqamətində yeni raketlərin buraxıldığını aşkarladıqlarını bəyan edib. Bölgədə gərginlik yüksək səviyyədə qalır.
Aliyə













