İsrail Baş naziri Benyamin Netanyahu ilə bağlı işə məhkəmə fevralda baxacaq.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə İsrailin Ali Məhkəməsindən məlumat verilib.
Bildirilib ki, Baş nazir Benyamin Netanyahunun rüşvətxorluq, fırıldaqçılıq və etibardan sui-istifadə ittihamları ilə bağlı məhkəməsi fevral ayından etibarən davam etdiriləcək və məhkəmə Baş nazirin işi ilə bağlı dinləmələr üçün həftədə dörd gün toplaşacaq.