“Netflix” abunəlik qiymətlərini artırıbbackend

“Netflix” abunəlik qiymətlərini artırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Netflix” ABŞ-da yayım planlarının qiymətlərini artırıb.

NOCOMMENT.az-ın verdiyi xəbərə görə, bu qərar şirkətin dördüncü rübdə təxminən 20 milyon yeni abunəçi qazandığını açıqlamasından sonra qəbul edilib.

Reklam dəstəyi ilə işləyən planın qiyməti əvvəlki 6,99 dollardan 7,99 dollara qaldırılıb.

Reklamsız “Standart” plan 15,49 dollardan 17,99 dollara, “Premium” plan isə 2 dollar artaraq 24,99 dollara yüksəlib. Əlavə üzv əlavə etmək istəyən istifadəçilər 8,99 dollar ödəyəcək ki, bu da əvvəlki qiymətdən 1 dollar çoxdur.\\Valyuta.az