“Netflix” üç ayda satışlarını 9,8 milyard dollara çatdırıbbackend

“Netflix” üç ayda satışlarını 9,8 milyard dollara çatdırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Videoaxını bazarının lideri “Netflix” 2024-cü ilin üçüncü rübündə satışlarını 9,8 milyard dollara çatdırıb.

NOCOMMENT.az xəbər verir ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə təxminən 15 faiz çoxdur. Şirkətin qazancı da eyni dövrdə təxminən 1,68 milyard dollardan 2,36 milyard dollaradək artıb. Eyni zamanda, ABŞ-da keçirilən son hərraclarda “Netflix” səhmləri beş faiz bahalaşıb.

Şirkət, həmçinin gözləniləndən çox – təxminən beş milyon müştəri qazanıb. Hazırda videoaxını xidmətinin 282,7 milyon abunəçisi var. Onlar gündə orta hesabla iki saat “Netflix” xidmətindən istifadə edirlər.

Şirkətin kommersiya direktoru Ted Sarandos “Netflix”in artıq öz filmlərini böyük ekrana çıxarmağa marağını itirdiyini və bütün diqqətini abunəçiliyə yönəltdiyini bildirib. Onun sözlərinə görə, on ən populyar “Netflix” filmi bütün dünya üzrə 100 milyon dəfədən çox izlənib.

“Hollivud” illərdir ki, videoaxın bumunun film biznesinə təsirindən narahatdır.