Nəticələri ləğv olunan dairələrdə seçkilər nə vaxt keçiriləcək? – AÇIQLAMAbackend

Nəticələri ləğv olunan dairələrdə seçkilər nə vaxt keçiriləcək? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində 4 dairənin nəticələri etibarsız hesab olunmuşdu. Növbədənkənar parlament seçkilərindən 1 ildən çox keçməsinə baxmayaraq hələ də nəticələri etibarsız hesab olunan dairələrə yeni seçkilər keçirilməyib. Bəs görəsən seçki məcəlləsində belə hallar necə tənzimlənir?

NOCOMMENT xəbər verir ki, əsələ ilə bağlı yeniavaz-a danışan hüquqşünas Ələsgər Məmmədli bildirilib ki, ləğv olunan dairələrə seçkilər 6 ay içərisində keçirilməli idi:

“Amma ölkədə hərbi vəziyyət elan olundu, həmçinin pandemiya ilə bağlı müəyyən məhdudiyyətlər var. Böyük ehtimalla bununla əsaslandırırlar seçkinin keçirilməməsini. Uzun müddətdir ki, hərəkət etmək qabiliyyəti də məhdud idi. Bütün bunlar təbii ki, normal seçki keçirməyə imkan vermir. Qanunvericilikdə də göstərilir ki, hərbi vəziyyət elan olunduqda seçki təxirə salınır. Düzdür, müddət keçib, amma seçkilərin keçirilməməsinə əsaslar da var. Sadəcə olaraq seçkilərin nə vaxt keçiriləcəyini və ləngiməsinin səbəbini elan etməlidirlər”.

Qeyd edək ki, Konstitusiyanın 109-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri Azərbaycan Respublikasının Prezidenti təyin edir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 26.2.9-cu bəndinə əsasən isə Mərkəzi Seçki Komissiyası təkrar seçkilər və sıradan çıxmış deputatların yerinə seçkilərin keçirilməsini təşkil edir.

Xatırladaq ki, ötən il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində 33 saylı Xətai birinci, 35 saylı Xətai ikinci, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələrində çoxsaylı seçki məntəqələrində saxtakarlığa yol verildiyi üçün həmin dairələrin nəticələri ləğv olunub.