Nəzarətsiz qalan azyaşlını FHN xilas etdibackend

Nəzarətsiz qalan azyaşlını FHN xilas etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 42B ünvanındakı yaşayış binasının eyvanından boylanan azyaşlı uşağın nəzarətsiz olduğunu görən vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə zəng edərək köməklik göstərilməsini xahiş ediblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

İlk zəngdən dərhal sonra FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri qeyd olunan ünvana cəlb olunub. Vətəndaşların ayıq-sayıqlığı, xilasedicilərin çevik və peşəkar müdaxiləsi sayəsində azyaşlı xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyi qeyd olunan hadisədə ayıq-sayıq davranaraq “112” qaynar telefon xəttinə zəng edən vətəndaşlara təşəkkür edir.