Nəzrin Mansurlunun ölümünə səbəb olan həkimlə bağlı yeni xəbərbackend

Nəzrin Mansurlunun ölümünə səbəb olan həkimlə bağlı yeni xəbər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü ilə bağlı təqsirləndirilən həkim Sənan Mehdiyevə hökm oxunub.

NOCOMMENT.az “Report”a istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə o, iki il müddətinə azadlıqdan məhrum edilib.

S.Mehdiyev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Nəzrin Aydın qızı Mənsurlunun müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılıb.

İlkin araşdırma zamanı N.Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində septoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.

Əməliyyatı icra edən Sənan Mehdiyev Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.