Nazir onlara yüksək vəzifə verdi – FOTOLARbackend

Nazir onlara yüksək vəzifə verdi – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsinə yeni təyinat olub. 

Bu barədə NOCOMMENT.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu vəzifəyə elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli gətirilib.

Qeyd edək ki, daha əvvəl sözügedən vəzifəni Elnur Nəsibov tuturdu. 2022-ci ildən həmin vəzifədə olan E.Nəsibov bu ilin oktyabrında öz ərizəsi ilə işdən çıxıb.

***

Peşə Təhsili üzrə Dövlət Agentliyinə yeni direktor təyin edilib.

NOCOMMENT.az xəbər verir ki, nazir Emin Əmrullayev bununla bağlı Əmr imzalayıb.

Həmin vəzifəyə Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri İlqar Bayramlı gətirilib.

Qeyd edək ki, İ. Bayramlı 2022-2025-ci illərdə Elm və Təhsil Nazirliyində Təhsilin iqtisadiyyatı şöbəsində əvvəlcə müdir müavini, daha sonra şöbə müdiri vəzifələrində çalışıb. 2025-ci ilin sentyabr-dekabr aylarında isə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edib.

Bu barədə ilk xəbəri “Azərbaycan Universitetləri” səhifəsi yayıb.

nicat-memmedli-yuksek-vezifeye-teyin-olundu