Niderland Ukraynaya qırıcılar verirbackend

Niderland Ukraynaya qırıcılar verir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Niderland Ukraynaya ən azı 24 “F-16″ qırıcısı təhvil verəcək”.

NOCOMMENT.az xəbər verir ki, bunu Baş nazir Mark Rutte Münhen Təhlükəsizlik Konfransında deyib.

Baş nazir işlərin cədvəl üzrə getdiyini və qırıcıların ən qısa zamanda göndəriləcəyinə ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, Ukrayna hakimiyyəti ilkin hərbi yardım çərçivəsində Qərbdən məhz 24 ədəd “F-16” qırıcısı istəyib. Ukrayna hərbçilərinə qırıcıdan istifadə etmək və mühəndislərin hazırlanması üçün təxminən altı ay vaxt lazım olacaq.