Niderland Ukraynaya silah almaq üçün yardım edəcəkbackend

Niderland Ukraynaya silah almaq üçün yardım edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Niderland Ukrayna üçün “Patriot” hava hücumundan müdafiə sistemləri alacaq”.

NOCOMMENT.az xəbər verir ki, Niderlandın baş naziri Mark Rutte Avropa İttifaqı liderlərinin Brüsseldə keçirilən sammitində belə deyib.

Bildirib ki, çox ölkədə Patriot sistemləri var, lakin həmin ölkələr onları birbaşa təmin etmək istəmirlər. Onlardan alıb Ukraynaya çatdıra bilərik.

Qeyd edək ki, bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba norveçli həmkarı Bart Ede ilə Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərinin tədarükü məsələsini müzakirə edib.

Onun sözlərinə görə, Norveç hökuməti Ukraynanın digər ölkələrdən “Patriot” zenit-raket komplekslərini ala bilməsi üçün yardım göstərir.