Niderland vətəndaşlarını bu ölkədən çıxarırbackend

Niderland vətəndaşlarını bu ölkədən çıxarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Niderland öz vətəndaşlarını Yeni Kaledoniyadan təxliyə etməyi planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyinə istinadən yerli mətbuatda məlumat yayılıb. Bildirilib ki, nazirlik Yeni Kaledoniyada olan və etirazlara görə bölgəni tərk etmək istəyən on nəfərlə əlaqə saxlayıb.

Qeyd olunub ki, Niderland Xarici İşlər Nazirliyi təbəələrin təxliyəsi məsələsi ilə bağlı Avstraliya və Yeni Zelandiyanın orqanları ilə əlaqə saxlayır. Hər iki ölkə vətəndaşlarını təxliyə etmək üçün Fransanın dənizaşırı ərazisindən uçuşlar təşkil etmək niyyətindədir.

Amsterdam, oturacaqlar olarsa, təbəələrini bu reyslərə çıxarmaq istəyirlər. Məlumatlara görə, müxtəlif ölkələrin 3 minə yaxın vətəndaşı adanı tərk etmək istəyir.