Niderlandda Türkiyənin qatı düşməni kimi tanınan deputat nazir oldubackend

Niderlandda Türkiyənin qatı düşməni kimi tanınan deputat nazir oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Niderlandda ötən ilin martında keçirilən ümumi seçkilərdən sonra 271 günlük danışıqlar nəticə verib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, qurulmasına qərar verilən koalisiya hökumətində iştirak edəcək nazirlər artıq dəqiqləşib, koalisiya hökumətində türk əsilli iki qadın nazir də olacaq.

Liberal sağçı “Azadlıq və Demokratiya” partiyasının (VVD) millət vəkili Dilan Yeşilgöz Zegerius Niderlandın yeni təhlükəsizlik və ədliyyə naziri, “Demokratlar 66” partiyasının (D66) üzvü Günay Uslu isə mədəniyyət və mediadan məsul dövlət naziri olacaq.

Niderlandın yeni ədliyyə naziri olacaq Dilan Yeşilgöz ölkədə Türkiyənin qatı düşməni kimi tanınır. Onun atası Yücel Yeşilgöz 1984-cü ildə terror təşkilatı PKK ilə bağlantısı üzə çıxandan sonra axtarışa verilib. Y.Yeşilgöz həmin il Niderlandda qaçıb.

Əvvəlki açıqlamalarında türkləri və Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etməyin cinayət olmadığını müdafiə edən D.Yeşilgöz 2018-ci ildə Niderlandda qondarma “erməni soyqırımı”nı tanıyan 5 türk əsilli deputatdan biri olub.

1977-ci ildə Türkiyənin Tunceli şəhərində doğulan Dilan Yeşilgöz 2014-cü ildə həkim Rene Zegeriusla ailə həyatı qurub. Onun kabinetində Birinci Qarabağ Savaşına aid və təbliğat məqsədi ilə çəkilən “Silahlı erməni qadın” portreti asılıb.

Dilan Yeşilgöz “Tovuz döyüşləri” ərəfəsində Azərbaycanın Niderlanddakı səfirliyinə hücum edən və polis tərəfindən saxlanılan ermənilərin dərhal sərbəst buraxılmasını tələb etmişdi.