Nigaha daxil olmaq üçün müraciət etdilər, İİV infeksiyası aşkarlandıbackend

Nigaha daxil olmaq üçün müraciət etdilər, İİV infeksiyası aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda nikaha daxil olmaq 39 nəfərdə İİV infeksiyası aşkarlanıb.

NOCOMMENT.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, Ailə Məcəlləsinə edilən dəyişikliklə əlaqədar 01.06.2015-ci il tarixdən nikaha daxil olmaq istəyən şəxslərin mütləq tibbi müayinəsi aparılır. Bu müayinə çərçivəsində 2020-ci ilin I rübü ərzində 26 042 şəxs İİV-ə görə müayinəyə cəlb olunub. Müayinə zamanı 39 qan nümunəsində İİV aşkarlanıb.

N.Zülfüqarov əlavə edib ki, Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi, əvvəlki illərdə olduğu kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən davam etdirilib.

Belə ki, 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 6012 İİV-lə yaşayan insan cəlb olunub. Onlardan 166 nəfərinin müalicəsinə bu ilin I rübü ərzində başlanılıb.