Ötən günlərdə Bakının məşhur hotellərinin birində biznesmen Adnan Əhmədzadə və həyat yoldaşı ilə Avroviziya qaliblərimiz Nigar Camalla Eldar Qasımovun rəqsi, bir hə mahnı oxumaqları diqqət çəkib.
NOCOMMENT.az xəbər verir ki, biznesmenlə müğənnilər azərbaycanlı cütlüyün toy günündə bir araya gəliblər.
Məclisdə həmçinin Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva da iştirak edib. Gecəni müğənni Zamiq Hüseynov aparıb.
Bununla yanaşı, əcnəbi müğənnilər də məclisdə qonaq olub.
Məlumata görə, toy biznesmen A.Əhmədzadənin yaxınlarından birinin olub.