Nigar Camalın adından dələduzluq – Fotolarbackend

Nigar Camalın adından dələduzluq – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Nigar Camal onun adından dələduzluq edildiyini iddia edib.

NOCOMMENT.az “qafqazinfo”ya istinadən xəbər verir ki, ifaçı bu haqda instaqram səhifəsində məlumat verib.

Sənətçi bildirib ki, onun adından istifadə edən şəxs fanatlarını şantaj edib və onlardan pul istəyib.

“Məmmədov Elşad Eldar oğlu adı biri TikTok-da adıma saxta səhifə açaraq, fanatlarıma yazıb və onları aldadıb. Sonra mənimlə görüşdürmək adı ilə pul istəyib. Onlardan şəkillərini istəyib, daha sonra isə şəkilləri yaymaqla şantaj edib. Xahiş edirəm, heç kim bu səhifəyə yazmasın və yazdıqlarına inanmasın”, – deyə Nigar bildirib.

Müğənni bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini qeyd edib.

***

DİN Mətbuat xidmətinin əməkdaşı polis baş leytenantı Nurlan Əliyev sorğumuza cavab olaraq bildirib ki, bununla bağlı hazırda araşdırma aparılır:

“Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək”.