Niger Frankofoniyadan çıxarıldıbackend

Niger Frankofoniyadan çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Niger Fransanın himayəsində olan və fransızdilli ölkələri birləşdirən Frankofoniya təşkilatından çıxarılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Nəşr qeyd edir ki, bu qərar Frankofoniya Daimi Şurasının iyul ayında dövlət çevrilişinin baş verdiyi Nigerdəki vəziyyətə həsr olunmuş onlayn iclası çərçivəsində qəbul edilib.

Təşkilat komitəsi təmsilçilərinin təşkilatın iclaslarında iştirakını dayandırmaqla Nigerin üzvlüyünü dayandırıb. Mülki əhaliyə fayda verən və demokratiyanın bərpasına töhfə verən proqramlar istisna olmaqla, Nigerlə çoxtərəfli əməkdaşlıq da dayandırılıb.

Təşkilatın saytında qeyd edildiyi kimi, 88 dövlət Frankofoniyanın üzvüdür, dünyada 321 milyon insan frankofon sayına aiddir.