Niger ordusu uran mədəninə nəzarəti ələ keçiribbackend

Niger ordusu uran mədəninə nəzarəti ələ keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Niger hərbi hakimiyyəti “Somair” müştərək müəssisəsi tərəfindən idarə olunan mədənə nəzarəti ələ keçirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fransanın uran mədən şirkəti “Orano” məlumat yayıb.

Bu birgə müəssisə “Orano” (63%) və Niger hökuməti (37%) tərəfindən yaradılmışdır. Dünəndən etibarən “Somair” üzərində nəzarət tamamilə ölkənin hərbi hakimiyyət orqanlarına keçib. Fransız şirkəti Niger hökuməti ilə dialoq yolu ilə öz hüquqlarını müdafiə etmək niyyətində olduğunu bildirib.